BAKI, 10 sentyabr. TELEQRAF
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryan və katibi Artur Xaçaturyan Rusiya səfiri Sergey Kopırkinlə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Ermənistan-Rusiya münasibətlərinin hazırkı səviyyəsindən narahatlıq ifadə edilib.
“Səfirlə geniş müzakirə zamanı fraksiya üzvləri iki ölkənin parlamentləri arasında münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb, həmçinin Ermənistan-Rusiya münasibətlərinin hazırkı səviyyəsindən və münasibətlərin pisləşməsi meyllərindən narahatlıqlarını ifadə ediblər. Deputatlar vurğulayıblar ki, Rusiyadan Ermənistana qoyulan ticarət məhdudiyyətlərin nəticələrini sıravi vətəndaşlar, kəndlilər və kənd təsərrüfatları, eləcə də sahibkarlar hiss edirlər”, - fraksiyanın açıqlamasında bildirilib.
Görüş zamanı Robert Köçəryanın həbsi də müzakirə olunub.
Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə məhkəmənin qərarı əsasında iki aylıq həbs edilib.