BAKI, 23 iyun. TELEQRAF
“Rusiya hesab edir ki, Nikol Paşinyanın yenidən seçilməsi Ermənistanın itirilməsi deməkdir”.
Teleqraf xəbər verir ki, bunu erməni siyasi şərhçi Vardan Malxasyan söyləyib.
“Moskva hakimiyyəti xüsusi plan əsasında dəyişmək üçün özlərinə sadiq adamlarını bura göndərdilər, amma buna nail ola bilmədilər. Ruslar düşünürdülər ki, pulla istənilən həll edə bilərlər, hesablamalarını da bunun üzərində qurmuşdular. Amma çaşqınlıqla üzləşdilər, çox pul xərclədilər, nəticə əldə etmədilər, buna görə də küçə leksikonuna keçib hay-küy salırlar.
Putin əmr verib ki, Ermənistanı parçalayıb talasınlar, ölkəmizin parçalanmış bədənini onun ayaqları altına sərsinlər”, - ekspert bildirib.
Malxasyan qeyd edib ki, hakimiyyəti dəyişdirmək məqsədilə Rusiyadan İrəvana göndərilən oliqarx Samvel Karapetyan Moskvanın ümidlərini doğrultmayıb:
“Onlar axmaqdırlar. Hələ seçkilər keçirilməmiş “hökumət” qurub, kaluqalı oliqarxı da “baş nazir” təyin etmişdilər. Hələ uşaqdırlar. Bunların nə beyni var, nə də ideyası. Belələri necə inqilab edə bilər? Pulla səs oğurlamağa çalışanlarla heç vaxt inqilab edə bilməzlər, öz seçicilərini mal-qaraya çeviriblər. Bu axmaqlar kənardan idarə olunur. Sahibləri necə göstəriş verirsə, elə də edirlər. Məsələn, Marqarita Simonyan və başqaları”.