BAKI, 10 noyabr. TELEQRAF
ABŞ Senatı Prezident Donald Trampın icra və məhkəmə hakimiyyətində müxtəlif vəzifələrə irəli sürdüyü 161 namizədin təyinatını hələ də təsdiqləməyib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“ABŞ Senatının 25 federal hakim də daxil olmaqla, təqdim edilmiş 161 namizədi təsdiqləməsi son dərəcə vacibdir”, – ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, ABŞ-da prezident administrasiyada və federal məhkəmələrdə müxtəlif vəzifələrə namizədlər irəli sürür. Həmin şəxslərin təyinatı Senatın təsdiqindən sonra qüvvəyə minir.
Namizədlər əvvəlcə Senatın müvafiq komitələrində dinləmələrdən keçir, daha sonra onların təyinatı ilə bağlı yekun səsvermə keçirilir.
Noyabrın 3-də ABŞ Konqresinə keçirilən aralıq seçkilərində demokratlar qələbə qazanıblar. Seçkilərin nəticələrinə əsasən, 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq 120-ci çağırış Konqresin hər iki palatasında demokratların çoxluğa sahib olacağı gözlənilir.
Bu isə Tramp administrasiyasının irəli sürdüyü namizədlərin təsdiqlənməsi prosesini çətinləşdirə bilər.