BAKI, 10 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə C-SPAN telekanalına müsahibəsində danışıb.

“Mən münaqişənin diplomatik yolla həllini istərdim. Sizə deyə bilərəm ki, İran razılaşma əldə etmək istəyir. Bunun baş tutub-tutmayacağını isə görəcəyik”, – ABŞ lideri bildirib.

Tramp İranla münaqişənin nə vaxt başa çatacağı barədə suala cavabında bunun mövcud şəraitdən asılı olduğunu vurğulayıb.

“Biz buna çox tez, yaxud nisbətən qısa müddətdə son qoya bilərik. Amma proses uzun çəkməməlidir”, – Prezident deyib.

O əlavə edib ki, hazırda əsas məsələ münaqişənin qısa müddətdə həllinə nail olub-olmayacağıdır.

Qeyd edək ki, bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-ı Tehranla aparıldığı iddia edilən danışıqlar barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edib.

Rzayi Vaşinqtonu münaqişənin nizamlanması üçün İranın irəli sürdüyü şərtləri qəbul etməyə çağırıb.

Tramp noyabrın 9-da Ağ Evdə də İranla razılaşma ehtimalının olduğunu bildirib. Bununla belə, ABŞ və İran arasında yekun razılaşma hələ əldə edilməyib.