BAKI, 8 noyabr. TELEQRAF

Ermənistan Hərbi Hava Qüvvələri “Əqrəb” (Scorpion) zenit-raket kompleksinin iştirakı ilə hərbi təlimlər keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan sosial mediada məlumat verib.

“Hava Hücumundan Müdafiə bölmələrinin “Əqrəb” zenit-raket kompleksinin tətbiqi ilə keçirilən təlimləri”, - nazir bildirib.

Qeyd edək ki, sistemin əsl adı “AD-08 Majid”dir. Qısamənzilli hava hücumundan müdafiə sistemi İrandan alınıb və tədarük edildikdən sonra “Əqrəb” adı ilə Ermənistan Hərbi Hava Qüvvələrinin sərəncamına verilib. Ermənistan raketləri ilk dəfə bu ilin mayın 31-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdirib.