BAKI, 8 noyabr. TELEQRAF

“Altı il əvvəl qazanılan Qarabağ Zəfəri Azərbaycan üçün yeni dövrün qapılarını açdı”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasınan (AKP) olan millət vəkili Şamil Ayrım deyib.

“8 Noyabr - Zəfər günü mübarək olsun. Altı il əvvəl qazanılan Qarabağ Zəfəri Azərbaycan üçün yeni dövrün qapılarını açdı. Bu gün Qarabağda atılan hər bir addım böyük mübarizənin xatirəsini yaşatmaqla yanaşı, gələcəyə olan ümidləri də artırır. Bu yolda canlarından keçən əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm. Azərbaycanlı qardaşlarımızın Zəfər Gününü ürəkdən təbrik edirəm. Qarabağ Azərbaycandır. Bir millət, iki dövlət…”, - millət vəkili sosial mediada yazıb.