BAKI, 22 iyun. TELEQRAF

Ermənistan hakimiyyəti Rusiya ilə əməkdaşlığı müdafiə edən siyasətçilərə təzyiq göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

M. Zaxarova yerli mediada anti-Rusiya ritorikasının səngimədiyini də qeyd edib:

"Ermənistan mediası Moskvanı sanki erməni dövlətçiliyinin ən böyük düşməni kimi təqdim etməyə çalışır".