BAKI, 18 iyun. TELEQRAF
Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirak etmir.
Teleqraf xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadıkov bildirib.
“Ermənistan artıq üç ildir üzvlük haqqını ödəmir. De-fakto, praktiki olaraq iştirak etmir, amma de-yure KTMT-nin tamhüquqlu üzvüdür. Amma qərar, əlbəttə, erməni xalqından və Ermənistan rəhbərliyindən asılıdır”, - o deyib.
Masadıkov qeyd edib ki, KTMT üzv ölkələri Ermənistanın vəziyyətini və üzvlük haqqının ödənilməməsinə görə səsvermə hüquqlarının itirilməsini müzakirə edirlər: “Bəli, bu məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib, orada xarici işlər nazirləri bu məsələni ətraflı müzakirə ediblər”.