BAKI, 1 iyun. TELEQRAF

“Mən rusiyapərəst siyasətçi deyiləm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.

“Mən Rusiyapərəst siyasətçi hesab olunuram, amma mən ermənipərəstəm”, - o bildirib.

Köçəryanın sözlərinə görə, hazırda Ermənistan cəmiyyəti daxilində Rusiyaya qarşı münasibət çox pisdur. Əsas səbəb kimi o, son 15-20 ildə (Serj Sərkisyan və Nikol Paşinyanın hakimiyyətləri dönəmində) Ermənistanda aparılan aktiv anti-Rusiya təbliğatını göstərib:

“Hazırda Ermənistanın “İctimai” televiziyası anti-Rusiya təbliğatının əsas yükünü daşıyır. Son zamanlar bu təbliğat daha təsirlidir”.

Köçəryan əlavə edib ki, Rusiya özünün prioritetləri arasında Ukraynaya fokuslandığı üçün bu anı əldən verib: “Rusiya “yumşaq güc” alətlərindən yaxşı istifadə etmirmiş kimi görünür”.