BAKI, 23 aprel. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makronun İrəvana dövlət səfəri zamanı Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafına dair geniş gündəlik müzakirə olunacaq:
"Ən vacib məqam uzun müddətdir müzakirə edilən strateji tərəfdaşlıq haqqında sənəddir. Nəhayət, səfər zamanı həmin sənəd imzalanacaq".
V.Kostanyan qeyd edib ki, tərəflər həmçinin təhsildən tutmuş hərbi-texniki əməkdaşlığa və süni intellektə qədər müxtəlif sahələr üzrə bir sıra digər sənədləri də imzalayacaqlar.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makronun Ermənistana dövlət səfəri mayın 5-nə planlaşdırılıb.