BAKI, 20 noyabr. TELEQRAF
“Bu gün mən Qazaxıstana rəsmi səfərə gedəcəyəm”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir bunu brifinqdən dərhal sonra edəcəyini deyib.
Xatırladaq ki, Nikol Paşinyanın səfəri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq və noyabrın 21-dək davam edəcək.
Səfər proqramına iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar daxildir. Danışıqlar zamanı Qazaxıstan və Ermənistan arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.