TBİLİSİ, 22 sentyabr. TELEQRAF
İlya Calağaniya Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsinin qubernatoru təyin olunub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunula bağlı ölkənin Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.
İ.Calağaniya 2022-ci ildən Kvemo Kartli qubernatorunun birinci müavini olub. Bu vəzifədən öncə o, Sameqrelo-Zemo Svaneti bölgəsinin prokuroru vəzifəsində çalışıb.
Qeyd edək ki, regionun əvvəlki quberantoru Levan Xarabadze sentyabrın 3-də istefa verib. O, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi müavini vəzifəsinə təyinat alıb.