BAKI, 12 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 12-dən 15-nə kimi məzuniyyətdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məzuniyyət müddətində Ermənistan baş nazirinin səlahiyyətlərini 12-13 avqustda baş nazirin müavini Mqer Qriqoryan, 14-15 avqustda isə baş nazirin müavini Tiqran Xaçaturyan icra edəcək.

İyulun 28-də baş nazirin dəftərxanası Nikol Paşinyanın 28 iyul - 15 avqust tarixlərində məzuniyyətdə olacağını açıqlayıb. Amma məzuniyyət zamanı Baş nazir Nikol Paşinyanı əvəzləyən baş nazirin müavini Mqer Qriqoryanın qərarı ilə avqustun 5-dən etibarən Paşinyan məzuniyyətdən geri çağırılıb. Avqustun 7-də baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona yola düşüb. Səfər zamanı Ermənistan və ABŞ arasında ikitərəfli memorandumlar, həmçinin Ermənistan, Azərbaycan və ABŞ arasında üçtərəfli bəyannamə imzalanıb.