TBİLİSİ, 2 iyun. TELEQRAF

Gürcüstanın Abxaziya Muxtar Respublikasının hökumət sədri Levan Mqaloblişvili istefa verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

L.Mqaloblişvilinin sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə məsləhətləşmədən sonra vəzifəsini tərk etmək barədə qərar verib.

Qeyd edək ki, L.Mqaloblişvili Abxaziya MR-in hökumət sədri vəzifəsini ötən ilin sentyabrından tuturdu.

Xatırladaq ki, Abxaziya hökuməti və Ali Şurası gürcü-abxaz münaqişəsindən sonra mühacirətdədir.