BAKI, 13 may. TELEQRAF
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avropa Komissiyasının Genişlənmə və Şərq qonşuluğu Siyasəti üzrə departamentinin rəhbəri Gert Yan Kupmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Görüş zamanı tərəflər Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsini müzakirə ediblər.
Tərəflər Avropa İttifaqı, Cənubi Qafqaz və Asiya regionları arasında iqtisadi, nəqliyyat, enerji və kabel əlaqələrinin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.