TBİLİSİ, 6 may. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinə yeni qubernator təyin edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu vəzifəyə Levan Xarabadze təyinat alıb.

Kvemo Kartli ilə yanaşı, daha dörd bölgənin - Mtsxeta-Mtianeti, Şida Kartli, Samtsxe-Cavaxeti, Quriyanın da qubernatorları əvəzlənib. İ.Kobaxidze bölgələr üzrə yeni dövlət nümayəndələri ilə görüşüb, regionların inkişafının hökumət üçün xüsusi əhəmyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, Kvemo Karltinin qubernatoru vəzifəsini 2021-ci ilin dekabrından Giorgi Doxturuşvili tuturdu. L.Xarabadze ötən ilin martından Şida Kartli bölgəsinin qubernatoru olub. O, bundan öncə müxtəlif bölgələrin polis departamentlərində rəhbər vəzifələr tutub.