BAKI, 21 aprel. TELEQRAF
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası işinin növbəti mərhələləri ilə bağlı fikir və təklif mübadiləsini davam etdirir.
Teleqraf xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Komissiyaların növbəti iclasının tarixi ilə bağlı hələlik konkret razılaşma yoxdur. Tərəflər delimitasiya işinin növbəti mərhələlərinin işçi qaydada təşkili ilə bağlı fikir və təklif mübadiləsini davam etdirirlər”, - baş nazirin müavini bildirib.