BAKI, 12 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydendən fərqli olaraq, Ermənistana maraq göstərmir.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib.

“Bayden administrasiyası Cənubi Qafqazda fəal rol oynamağa çalışırdı, Tramp komandasının hərəkətləri və bəyanatları isə Ermənistan hökumətini Moskva ilə “daha ​​rasional” münasibətlər axtarmağa vadar edib. ABŞ-nin yeni administrasiyasının özü Moskva ilə əlaqələr qurmağa çalışır, buna görə də hamıya, xüsusən də İrəvana mesaj verir ki, qonşularınızla və Rusiya ilə problemlərinizi özünüz həll edin”, - ekspert bildirib.