BAKI, 23 mart. TELEQRAF

Baş nazir İrakli Kobaxidze Gürcüstan və Ermənistan milli komandaları arasında keçiriləcək oyunu izləmək üçün Tbilisiyə gələn erməni həmkarı Nikol Paşinyanı qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məlumatda deyilir ki, təkbətək görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığı və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın xüsusi əhəmiyyəti və birgə səylərin regionda sülhün və sabitliyin təmin edilməsində rolu qeyd edilib.

Paşinyan və Kobaxidze bu gün Tbilisidə Gürcüstan və Ermənistan milliləri arasında keçiriləcək oyunu izləyəcək.

İrəvanda Gürcüstan komandası 3:0 hesabı ilə qalib gəlib.