BAKI, 21 mart. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Feysbuk səhifəsində ötən gün İrəvanda erməni həmkarı Nikol Paşinyanla birgə futbol matçına baxmasından yazıb.

Teleqraf xəbər verir ki, o, oyunu izləyənlər arasında iki ölkənin hökumət üzvlərinin də olduğunu qeyd edib.

“Millətlər Liqasının pley-off mərhələsində ilk matç Gürcüstan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatdı. Matçdan sonra Gürcüstan millisinin üzvləri ilə görüşdüm və onları qələbə münasibətilə təbrik etdim. Gürcüstan və Ermənistan yığmaları arasında ikinci matç martın 23-də Tbilisidə “Dinamo Arena”da keçiriləcək”, - Kobaxidze bildirib.