BAKI, 20 oktyabr. TELEQRAF

Özbəkistanın paytaxtı Daşkəndin bəzi rayonlarında elektrik paylayıcı qurğunun üzərinə hava şarının düşməsi nəticəsində işıqlar sönüb.

Teleqraf xəbər verir ki, hadisə barədə ölkənin Energetika Nazirliyi məlumat verib.

Şarın elektrik stansiyasının ərazisinə düşməsindən sonra mühafizə sistemi işə düşüb və istehlakçılara elektrik enerjisinin verilməsi dayandırılıb. Transformatorun zədələnməsi nəticəsində stansiyanın gücü 460 meqavatdan 185 meqavata düşüb.

Yunusabad, Almazar, Mirzo-Uluqbəy və Şayxantahur rayonlarında elektrik enerjisinin verilişi kəsilib. Təxminən yarım saat sonra elektrik enerjisi bərpa olunub.