BAKI, 16 oktyabr. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Leninqrad vilayətinə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə bölgənin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Rusiyanın hava hücumundan müdafiə sistemləri vilayətin hava məkanında Ukraynaya məxsus dörd dronu vurub.
“Hazırda Leninqrad vilayəti üzərində heç bir hədəf müşahidə edilmir. Hava təhlükəsinin tezliklə aradan qaldırılacağını gözləyirik”, - o bildirib.