BAKI, 14 oktyabr. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib.

Teleqraf xəbər verir ki, Rusiya diplomatiyasının rəhbərini daşıyan təyyarə Bakı hava limanına enib.

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, tədbirdə AQEM-in gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq. Bundan əlavə, iştirakçılar aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.