BAKI, 19 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində Türkmənistan xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Teleqraf xəbər verir ki, söhbət zamanı Özbəkistan-Türkmənistan dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi müzakirə olunub.

Bütün səviyyələrdə əlaqələrin intensivləşməsindən məmnunluq ifadə edilib.

Ali səviyyədə əldə olunmuş razılaşmaların vaxtında həyata keçirilməsinin, eləcə də üçüncü Regionlar Forumuna və Türkmənistan şəhərlərində keçiriləcək Özbəkistan Mədəniyyəti və Kino Günlərinə hərtərəfli hazırlıq görülməsinin vacibliyi vurğulanıb.

Regional əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.