BAKI, 17 oktyabr. TELEQRAF
Yəmən husilərinin Səudiyyə Ərəbistanının və digər Fars körfəzi ölkələrinin energetika infrastrukturuna hücumları Pakistanda mümkün uzunmüddətli iqtisadi nəticələrlə bağlı narahatlıq doğurur.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan maliyyə naziri Məhəmməd Auranqzeb bildirib.
"Ən böyük narahatlıq indi enerji infrastrukturuna edilən zərbələrdir", - M.Auranqzeb vurğulayıb.