BAKI, 14 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 14-də işgüzar səfərlə Bakıya yola düşüb.

Teleqraf xəbər verir ki, Özbəkistanın dövlət başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.

Xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlərin keçirilməsi və danışıqların aparılması da nəzərdə tutulub.