BAKI, 19 oktyabr. TELEQRAF
“ABŞ Özbəkistanda nüfuz uğrunda Çin və ya Rusiya ilə rəqabət aparmır, Vaşinqtonun əsas məqsədi açıq rəqabət əsasında əməkdaşlığı genişləndirməkdir və heç kimə kiminlə iş görməli olduğu barədə göstəriş vermək niyyətində deyil”.
Teleqraf xəbər verir ki, bunu Özbəkistanda səfərdə olan ABŞ dövlət katibi Marko Rubio deyib.
“Bizim burada şirkətlərimiz var, onlar məhsullar istehsal edirlər. Biz yalnız ədalətli rəqabət və yeni imkanlar istəyirik. Dünyada elə bir region yoxdur ki, Amerika məhsulları və xidmətləri digər istehsalçılarla rəqabət apara bilməsin”, - o bildirib.
Rubio qeyd edib ki, məhz bu səbəbdən onunla birlikdə Özbəkistana Amerika biznesinin 300-ə yaxın nümayəndəsi gəlib.