BAKI, 20 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan müxalifət tərəfindən seçki hüquqlarının məhdudlaşdırılmasına məruz qalan vətəndaşları etiraza çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Seçki hüquqlarının məhdudlaşdırılmasına məruz qalan və qanunsuz təzyiqlərə uğrayan bütün vətəndaşları etiraz aksiyaları təşkil etməyə çağırıram”, - Paşinyan bildirib.
Baş nazir qarşıdan gələn bələdiyyə seçkilərində seçki saxtakarlığına qarşı şəxsən mübarizə aparacağına söz verərək, hətta öz komandasının üzvlərinə belə rəhm etməyəcəyini vurğulayıb.