SUMQAYIT, 20 oktyabr. TELEQRAF

Sumqayıtda qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

1981-ci il təvəllüdlü Hikmət Əhmədov 1963-cü il təvəllüdlü qonşusu Nəsrəddin Mirzəyevə mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Hadisənin başvermə səbəbləri araşdırılır.