Hindistanın Qvalior şəhərində yük maşınının zəvvarların üzərinə çırpılması nəticəsində 12 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli polis rəisi Dharmvir Singh məlumat verib.
Hadisə Şitala Mata məbədinin yaxınlığında baş verib. Düyü daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, avtomobil polis maneələrini keçərək insanlara və məbədin giriş qapısına çırpılıb.
Məlumata görə, xəsarət alanlardan 5-6 nəfərin vəziyyəti ağırdır. İlkin araşdırmaya əsasən, qəzaya texniki nasazlıq səbəb olub.