BAKI, 19 oktyabr. TELEQRAF
ABŞ-nin dövlət katibi Marko Rubio Qazaxıstan xarici işlər naziri ilə görüşərək iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə sadiqliyini vurğulayıb.
Teleqraf xəbər verir ki, bu barədə Marko Rubio sosial media hesabında paylaşım edib.
M.Rubio Qazaxıstan tərəfinə ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinə, o cümlədən "{C}{C}{C}İbrahim{C}{C}{C} {C}{C}{C}sazişləri"nə verdiyi dəstəyə görə təşəkkür edib.
"C5+1" diplomatik platforması vasitəsilə əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyirik",- M.Rubio bildirib.