BAKI, 20 oktyabr. TELEQRAF
“İran ABŞ-nin heç bir zərbəsini qətiyyən cavabsız qoymayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin Tehranın nüvə obyektlərinə mümkün zərbələri ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.
“Vur, qaç” dövrü bitib. Bizə hansı gücdə zərbə endirsələr, eyni ölçüdə zərbə alacaqlar”, - o bildirib.