BAKI, 20 oktyabr. TELEQRAF
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyası üzrə növbəti iclası keçirilir.
Teleqraf xəbər verir ki, komitənin bu günki iclasının gündəliyinə 5 məsələ daxil edilib.
Gündəliyə təklif edilən məsələlər ağaşıdakılardır.
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Kredit ittifaqları haqqında", "Büdcə sistemi haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).