BAKI, 19 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan ilə Qazaxıstan arasında dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinin aktual məsələləri müzakirə olunub.

Yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrasının davam etdirilməsinin və gələn il üçün tədbirlər planının hazırlanmasının vacibliyi vurğulanıb.

Regional əhəmiyyət daşıyan aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.