Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Bakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Sadır Japarovu Azərbaycanın baş nazirinin müavini Samir Şərifov qarşılayıb.

Qırğızıstan dövlət başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.

Tədbir çərçivəsində dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri qarşılıqlı əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf məsələləri üzrə regional əməkdaşlığın dərinləşdirilməsinin aktual məsələlərini müzakirə edəcəklər.

Müşavirənin yekununda əməkdaşlığın gələcək inkişafına və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin qəbul edilməsi gözlənilir.