BAKI, 20 oktyabr. TELEQRAF

Yaponiyalı mütəxəssislərlə birgə Bakının seysmik qiymətləndirilməsi aparılır.

Teleqraf xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli “Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, binaların yerləşdiyi ərazilər barədə yaradılan məlumat bazası vasitəsilə onların geoloji və seysmik xüsusiyyətləri haqqında məlumat əldə etmək mümkün olacaq.

“Layihə Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında həyata keçirilir. İki ildən çoxdur aparılan işin fevralda yekunlaşması nəzərdə tutulur”, - Qurban Yetirmişli bildirib.