BAKI, 20 oktyabr. TELEQRAF
“İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, hərbi prokurorların hərbi qulluqçular tərəfindən törədilən inzibati xətalarla bağlı nəzarət səlahiyyətlərinin genişləndirilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə görə, müvafiq qurumun hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə inzibati xətalar üzrə qəbul edilən qərarların, qərardadların və protokolların surətləri dərhal müvafiq hərbi prokurora göndərilməlidir.
Hərbi prokuror həmin sənədləri yoxlamaqla bağlı qanuni əsaslar olduqda yazılı göstəriş verə biləcək. Təklifin məqsədi inzibati xəta işləri üzrə prokuror nəzarətinin gücləndirilməsidir.