BAKI, 28 aprel. TELEQRAF

Aprelin 22-də Bişkekin Pervomayski Rayon Məhkəməsi Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin şöbə rəisinin müavinini həbs edib.

Teleqraf xəbər verir ki, məhkəmənin mətbuat xidməti bu gün bu məlumatı təsdiqləyib.

Məlumata görə, B.R. Qırğızıstan Cinayət Məcəlləsinin “Mütəşəkkil dəstənin maraqları naminə törədilən və ya ağır zərər vurulması ilə nəticələnən korrupsiya” maddəsi üzrə şübhəli bilinir.

Məhkəmənin qərarı ilə o, mayın 30-dək istintaq təcridxanasında saxlanılacaq.

İstintaq tədbirləri davam etdirilir.