BAKI, 4 noyabr. TELEQRAF
Çin Hörmüz boğazının açılması ilə bağlı həll yolunun tapılması məqsədilə İran və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
“Çin Yaxın Şərqdə hazırkı gərginliyin artdığı vaxtda Səudiyyə Ərəbistanı, İran və regionun digər ölkələri ilə əlaqələri və dialoqu gücləndirməyə hazırdır”, - o əlavə edib.