BAKI, 4 noyabr. TELEQRAF

Pakistan Silahlı Qüvvələri yerli istehsal olan ilk “Faaz” hava-hava sinifli raketin uğurlu sınaqlarını keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.

Qurumun məlumatına görə, raket qabaqcıl sistemlə təchiz olunub və bu ona düşmənin hava hədəflərini uzaq məsafədən məhv etməyə imkan verir.

ISPR qeyd edib ki, “Faaz” raketinin silahlanmaya qəbul edilməsi Pakistan Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək və ölkənin müdafiə qabiliyyətini gücləndirəcək.