BAKI, 5 noyabr. TELEQRAF

“Demokratlar Partiyasının ABŞ Konqresinə seçkilərdə qələbəsindən sonra Rusiyaya qarşı sanksiyaların mümkün tətbiqi Amerikanın özünə zərər verə bilər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-də keçirilən aralıq seçkilərinin nəticələrini şərh edərkən deyib.

“Cəhənnəm sanksiyaları”nın tətbiqi bazarlıq predmetinə çevrilə bilər: impiçmentdən imtina müqabilində sanksiyaların tətbiqi (Demokratların ABŞ Prezidenti Donald Trampa qarşı mümkün impiçment cəhdindən söhbət gedir). Bu isə neft qiymətlərinin yenidən artmasına və ABŞ-də yanacaqdoldurma məntəqələrində narazı insanların etirazlarına səbəb olacaq. Bundan başqa, bu, Kremllə münasibətləri tamamilə korlayacaq. Halbuki Tramp bu münasibətləri öz siyasi uğurlarından biri hesab edir”, - o bildirib.

Dmitri Medvedev Donald Trampın özünün də Ukraynaya hərbi yardımı dayandırması ehtimalını aşağı hesab edir.

O əlavə edib ki, Rusiya uzaq ABŞ-də keçirilən istənilən seçkidən asılı olmayaraq, tam qələbəyə qədər Ukraynanı döyüş meydanında əzməlidir: “Uzaq Amerikadakı istənilən seçkidən asılı olmayaraq, bir şeyi yaxşı etməliyik: düşməni döyüş meydanında tam qələbəyə qədər əzməliyik”.