BAKI, 30 oktyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb və təşkilatın hərbi alyansa çevrilməsinin yolverilməz olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə K.J.Tokayev Ankarada keçirilən TDT-nin sammitində çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, təşkilatın fəaliyyəti son illərdə genişlənərək 60 istiqaməti əhatə edib:
"Lakin bəzi sahələrdə işlərin təkrarlanması müşahidə olunur. Buna görə də üzv ölkələr əsas əməkdaşlıq istiqamətlərini və prioritetləri müəyyənləşdirməlidirlər. TDT hərbi təşkilata çevrilməməlidir. Bu, Qazaxıstanın dəyişməz mövqeyidir".