BAKI, 2 noyabr. TELEQRAF
Çin hökuməti İranın milli suverenliyini və təhlükəsizliyini qorumaq üçün atdığı addımları dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ Pekində İran Milli Təhlükəsizlik Şurası sədrinin müavini Əli Baqeri ilə görüşündə bildirib.
O qeyd edib ki, beynəlxalq vəziyyətin qeyri-sabit olmasına baxmayaraq, iki ölkə arasındakı münasibətlər inkişaf etməkdə davam edir.