BAKI, 4 noyabr. TELEQRAF

“Şimali Koreya düşmənçilik siyasətindən imtina və ölkənin suverenliyinə hörmət edənədək ABŞ ilə dialoqa ehtiyac görmür”.

Teleqraf xəbər verir ki, bunu Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Conq deyib.

“Belə etibarsız və düşmən mövqedə olan insanlarla danışıqlar masası arxasında oturmağa dəyməz. Bu, bizim qəti mövqeyimizdir”, - o bildirib.

Kim Yo Conqun sözlərinə görə, ABŞ dialoqa hazır olduğunu bəyan etsə də, qarşıdurma siyasətini davam etdirir.

O vurğulayıb ki, Şimali Koreya ABŞ-nin dəfələrlə təkrarlanan düşmənçilik xarakterli addımlarına münasibətini dəyişmək niyyətində deyil.