BAKI, 3 noyabr. TELEQRAF
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Pol Kapur Türkmənistana səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Aşqabaddakı səfirliyinin mətbuat xidməti məlumat verib.
“Dövlət katibinin köməkçisi Kapurun səfəri dövlət katibi Marko Rubionun Mərkəzi Asiyaya tarixi səfərindən sonra ABŞ-Türkmənistan münasibətlərindəki müsbət dinamikanı möhkəmləndirir. Diqqət mərkəzində hər iki ölkənin maraqları naminə işgüzar əlaqələrin genişləndirilməsi, energetika sahəsində əməkdaşlıq və regional qarşılıqlı bağlantı imkanlarıdır”, - səfirlik qeyd edib.