BAKI, 4 noyabr. TELEQRAF

Çin Xalq Respublikasının sədr müavini Xan Çjen noyabrın 6-12-də Türkiyə və Gürcüstanda səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib.

“Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi, sədr müavini Xan Çjen dəvət əsasında noyabrın 6-12-də Türkiyədə səfərdə olacaq. O, Antalyada BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində keçiriləcək sammitdə iştirak edəcək, həmçinin Gürcüstana səfər edəcək”, - Mao Nin brifinqdə bildirib.