BAKI, 31 oktyabr. TELEQRAF

“Qırğızıstanın Moskva ilə sıx əlaqələri və sanksiyalar altında olan Rusiya iqtisadiyyatı ilə bağlı iqtisadi maraqları beynəlxalq investorlar tərəfindən tez-tez əlavə risk mənbəyi kimi qiymətləndirilir”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Milli Bankının sədri Almaz Baketayev “Bloomberg”ə deyib.

Agentlik xatırladıb ki, Qırğızıstan Moskvanın rəhbərlik edən Avrasiya İqtisadi Birliyinin üzvüdür. Almaz Baketayev da vurğulayıb ki, Rusiya və Qırğızıstan tərəfdaş olaraq qalır.

“Bizi bir-birimizdən ayırmaq mümkün deyil”, - o bildirib.

Milli Bankın sədrinin sözlərinə görə, ölkələr mədəni-iqtisadi baxımdan sıx bağlıdır. Agentlik yazıb ki, Rusiyada çoxlu sayda qırğızıstanlı əmək miqrantı çalışır, Qırğızıstan isə Rusiya yanacağı, taxılı və digər məhsulların tədarükündən əhəmiyyətli dərəcədə asılıdır.

Baketayevin sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Qırğızıstana əlavə iqtisadi təkan verib: “Rusiyaya qarşı sanksiyalar Qırğızıstana əlavə gəlir axını və iqtisadi impuls qazandırıb, sərhədlərarası mal dövriyyəsi güclənib”.

Milli Bankın rəhbəri qeyd edib ki, ölkə hakimiyyəti ikili təyinatlı malların ticarətinə nəzarət də daxil olmaqla, beynəlxalq qaydalara əməl edir. Bununla belə, o hesab edir ki, Rusiya Qırğızıstanın iqtisadi uğurunun əsas hərəkətverici qüvvəsi deyil.

“Bizim iqtisadi artımımız müvəqqəti deyil, fundamental əsaslara söykənir”, - Almaz Baketayev əlavə edib.