BAKI, 4 noyabr. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Qırğızıstan Prezidenti Sadır Japarov ikitərəfli münasibətləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Bu barədə Teleqraf Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüşdə tərəflər Orta dəhlizin potensialından tam istifadənin üstünlüklərinə diqqət ayırıblar. Bu kontekstdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Anakliya dərin sulu limanı kimi strateji əhəmiyyətli layihələr nəzərdən keçirilib, müvafiq qanunvericilik bazasının yaradılması üçün parlamentlərarası əməkdaşlığın vacibliyi vurğulanıb.
Görüş Ş.Papuaşvilinin Qırğızıstana rəsmi səfəri çərçivəsində baş tutub.