BAKI, 23 aprel. TELEQRAF

Qırğızıstanda rus dilini öyrənən məktəblilərin sayı 1,5 milyon nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin təhsil və elm naziri Doqdurkul Kendirbayeva Moskvada keçirilən "Avrasiya – ənənəvi dəyərlər ərazisi" beynəlxalq forumunda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Qırğızıstan ikidilli (bilinqval) ölkədir və rus dilinin statusu dövlətin əsas qanunu ilə qorunur:

"Qırğızıstan bilinqval ölkədir. Rus dili Konstitusiya ilə müdafiə olunur. Rus dili həm ünsiyyət, həm də elm dilidir".