BAKI, 24 fevral. TELEQRAF
Qazaxıstanda Şimali Aral dənizinin qorunması layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Onun maliyyələşdirilməsi məsələsinin yaxın gələcəkdə həll edilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın su ehtiyatları və suvarma nazirinin birinci müavini Nurlan Aldamjarov məlumat verib.
Onun sözlərinə görə, 2023-cü ildən bəri Şimali Aral dənizinin qorunması üçün büdcədən təxminən 4 milyard təngə ayrılıb. Hazırda Şimali Aral dənizinin həcmi 23 kub kilometrdir.
Qazaxıstanın Su Ehtiyatları Nazirliyi su hövzəsinin qorunması layihəsinin ikinci mərhələsi üzərində işə başlayıb. Mövcud layihələrin icrası da davam etdiriləcək. Xüsusilə, Kökaral bəndinin zədələnmiş hissələri bərpa olunacaq. Layihənin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.